İdman

Futboldan əldə etdiyim gəlirin 99%-ni itirdim - Karlos

26 Sep 2026, 17:21 2 baxış
Futboldan əldə etdiyim gəlirin 99%-ni itirdim - Karlos

Braziliya millisinin və "Real Madrid"in sabiq futbolçusu Roberto Karlos idman karyerasını başa vurduqdan sonra üzləşdiyi maliyyə problemlər barədə danışıb.


Axar.az xəbər verir ki, bu barədə "Record" nəşri məlumat yayıb.


O bildirib ki, "Böyük futbolla vidalaşmağa qərar verdiyim an artıq idman direktoru kimi fəaliyyət göstərmək üçün lisenziyam var idi və müxtəlif markalarla işləyirdim:


“Bank hesabımı sıfırlayan şəxslərlə ciddi sıxıntılar yaşadım. Menecerlər və ailədaxili münaqişələr səbəbindən futboldan əldə etdiyim bütün gəlirin 99%-ni itirdim. Müəyyən yanlışlıqlara yol verdim və indi gənc futbolçulara eyni səhvləri etməmələrini məsləhət görürəm”.


Xatırladaq ki, 2025-ci ilin yanvarında keçmiş futbolçu 2009-cu ilin iyununda ailə həyatı qurduğu Mariana Lukkon ilə boşanma mərhələsinə qədəm qoyub. Həmin ərəfədə məşhur idmançının sərvətinin 162 milyon dollar civarında olduğu bildirilirdi.

Mənbə axar.az

Oxşar Xəbərlər