Cəmiyyət
Günəşlidə evlərin ətrafında ilanlar peyda olub - VİDEO
Sosial şəbəkələrdə Suraxanı rayonu Günəşli qəsəbəsində yaşayış evlərinin yaxınlığında ilanların peyda olması ilə bağlı görüntülər yayılıb. Sakinlərin sözlərinə görə, ilanların müşahidə edildiyi ərazidə əvvəllər kərpic zavodu fəaliyyət göstərib.
Onların iddiasına görə, zavodun tikintisi zamanı aparılan qazıntılar nəticəsində burada su hövzəsi əmələ gəlib və sonradan bu ərazidə ilanların məskunlaşması üçün əlverişli şərait yaradıb. Hazırda həmin su hövzəsi qurudulub və ərazidə yaşayış evləri tikilib. Biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov bildirir ki, su hövzələri və dağıntıların olduğu ərazilər ilanların gizlənməsi və yumurta qoyması üçün əlverişli mühit yarada bilər. Bəs ilanların yaşayış sahələrində görünməsi ilə bağlı aidiyyəti qurumlara müraciətlər daxil olurmu? Su hövzəsi qurudulduqdan sonra həmin ərazidə yaşayış evlərinin tikintisinə hansı əsaslarla icazə verilib? Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ərazidə əvvəllər gölün olması barədə məlumat doğru deyil. Həmçinin qeyd edilib ki, sakinlər ilanlarla bağlı məsələ ilə əlaqədar rayon icra hakimiyyətinə müraciət etməyiblər.

Mənbə
oxu.az