Cəmiyyət

Tanınmış Əməkdar müəllim vəfat etdi - FOTO

25 Sep 2026, 16:32 4 baxış
Tanınmış Əməkdar müəllim vəfat etdi - FOTO
Naxçıvan Dövlət Universitetində (NDU) uzun illər elmi-pedaqoji fəaliyyət göstərmiş kimya elmləri namizədi, dosent, Əməkdar müəllim Zərifə Əli qızı Nəcəfova vəfat edib. Oxu.Az xəbər verir ki, o, 91 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Z.Nəcəfova 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsini bitirib. Nəcəfova Naxçıvan Dövlət Pedaqoji İnstitutunda, daha sonra Naxçıvan Dövlət Universitetində müəllim, kafedra müdiri və prorektor vəzifələrində çalışıb. 2009-cu ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə ona "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı verilib.
Tanınmış Əməkdar müəllim vəfat etdi - FOTO Tanınmış Əməkdar müəllim vəfat etdi - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər