İqtisadiyyat
Xırdalan-Sumqayıt qatarlarının hərəkəti yaxın vaxtlarda bərpa ediləcək
Xırdalan-Sumqayıt xətti üzrə qatarların hərəkəti yaxın vaxtlarda bərpa ediləcək. Bu barədə Oxu.Az-ın "Oxucu soruşur" layihəsində "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib. O qeyd edib ki, bu xətt üzrə qatarların fəaliyyəti sentyabrın 15-dən bərpa edilməli idi, lakin həmin xətt üzrə Biləcəri-Xırdalan sahəsindəki körpünün təmiri işləri ilə əlaqədar plan dəyişdi: "Diaqnostika-infrastruktur qatarının monitorinqi zamanı həmin körpünün təmiri işlərinə başlanmasına zərurət yarandı. Yaxın vaxtlarda həmin körpüdə təmir işləri başa çatacaq, yoxlanışdan sonra sərnişin qatarları yenidən həmin xəttə buraxılacaq".
Mənbə
oxu.az