Digər

Ermənistan rus qazından imtina etsə... - Kreml

25 Sep 2026, 16:51 2 baxış
Ermənistan rus qazından imtina etsə... - Kreml

Ermənistanın Rusiyanın mavi yanacağından imtina etməsi ölkə üçün Almaniya və digər Avropa dövlətlərindən daha ağır nəticələrə səbəb olacaq.


Axar.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın İrəvanın qazı “mümkün olan hər yerdən” alacağı sözlərini şərh edərkən deyib.


“Rusiya qazı Ermənistan üçün digər ölkələrdən tədarük olunan qazdan xeyli ucuzdur”, – o bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər