Cəmiyyət
Bakı-Sumqayıt qatarlarının sərnişinlərinə ŞAD XƏBƏR - FOTO
Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə hərəkət edən qatarların qrafikində dəyişiklik edilib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, indiyədək Sumqayıtdan saat 06:48-də yola düşən qatar bu gündən etibarən 06:43-də hərəkətə başlayacaq. Bakı-Pirşağı-Sumqayıt istiqamətində saat 17:40-da əlavə qatar reysə buraxılıb. Həmçinin Sumqayıt-Pirşağı-Bakı istiqamətində saat 06:57 və 07:45-də əlavə qatar reysləri təyin olunub. Eyni istiqamətdə saat 07:10-da hərəkət edən ekspres qatarın yola düşmə vaxtı 07:20-yə dəyişdirilib. Saat 07:20-də hərəkət edən qatar isə bundan sonra 07:10-da yola düşəcək. Bundan əlavə, saat 08:10-da hərəkət edən ekspres qatarın yola düşmə vaxtı 07:57-yə keçirilib. Digər dəyişikliklərlə hərəkət cədvəlindən tanış ola bilərsiniz.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az