Cəmiyyət

Həkimlə pasiyentin oğlu arasında QALMAQAL: "Məqsəd pulu ödəməmək olub"

25 Sep 2026, 10:52 3 baxış
Həkimlə pasiyentin oğlu arasında QALMAQAL: "Məqsəd pulu ödəməmək olub"
Sosial şəbəkələrdə Mərkəzi Klinikanın Kardiologiya şöbəsinin müdiri Firdovsi İbrahimovla bağlı şikayət yayılıb. Oxu.Az xəbər verir ki, şikayətçi infarkt keçirən anasını təcili olaraq Mərkəzi Klinikaya yerləşdirdiyini, stent əməliyyatından sonra 2500 manat əlavə ödəniş tələb edildiyini və etirazından sonra məbləğin 1600 manata endirildiyini bildirib. O, həmçinin şöbə müdiri tərəfindən təhqir olunduğunu iddia edib. Doktor Firdovsi İbrahimov iddialara münasibət bildirib. Həkim qeyd edib ki, sözügedən 60 yaşlı xəstə səhər saat 6 radələrində ağır ürək çatışmazlığı, hemodinamik qeyri-stabil vəziyyət və kardiogen şok halında Mərkəzi Klinikanın Təcili tibbi yardım şöbəsinə gətirilib: "Mərkəzi Klinika təsərrüfat hesablı müəssisədir. Burada bəzi xidmətlər icbari tibbi sığorta çərçivəsində həyata keçirilsə də, Xidmətlər Zərfinə daxil olmayanlar ödənişlidir. Bu barədə xəstə yaxınına əvvəlcədən qəbul şöbəsi tərəfindən məlumat verilib və razılığı alınıb". Onun sözlərinə görə, xəstə kardioreanimasiya şöbəsinə yerləşdirildikdən sonra vəziyyətinin ağırlığı nəzərə alınaraq yaxınlarının ödəniş etməsi gözlənilmədən müalicəyə dərhal başlanılıb: "Vəziyyəti nisbətən stabilləşdikdən sonra xəstə angioqrafiya laboratoriyasına köçürüldü. Hər üç damarında darlıqlar aşkar edildi və ana damarın kritik vəziyyətdə olması səbəbindən açıq ürək əməliyyatının zəruri olduğu müəyyənləşdirildi. Lakin xəstənin ümumi vəziyyəti buna imkan vermirdi. Cərrahiyyənin çox riskli olduğu və əməliyyatın yalnız bir neçə gün sonra mümkün ola biləcəyi müəyyən edildi. Xəstənin həyatı təhlükədə idi. Gözləmək isə xəstənin itirilməsi ilə nəticələnə bilərdi. Bu səbəbdən yüksək texnoloji imkanlardan və müasir müalicə metodlarından istifadə etməklə xəstəni cərrahi əməliyyat keçirmədən invaziv müdaxilə yolu ilə kritik vəziyyətdən çıxarmaq qərarı verdik. Damar yüksək texnoloji tibbi avadanlıqlardan istifadə edilməklə açıldı və xəstənin vəziyyəti stabilləşdi". Həkim bildirib ki, əsas hadisələr də bundan sonra başlayıb. Xəstənin oğlu onu və həmkarlarını təhqir edib. Əsas məqsədi isə əvvəlcədən razılaşdığı, sənəd üzrə imzaladığı məbləği ödəməmək olub.
Həkimlə pasiyentin oğlu arasında QALMAQAL: "Məqsəd pulu ödəməmək olub"
Mənbə oxu.az

Oxşar Xəbərlər