Siyasət

Paşinyandan ilginc etiraf: Ermənistanda qarşıdurma ritorikası yaradanlardan danışdı

25 Sep 2026, 09:32 2 baxış
Paşinyandan ilginc etiraf: Ermənistanda qarşıdurma ritorikası yaradanlardan danışdı
"Ermənistan minatəmizləmə məsələsi üzrə Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirməyə və davam etdirməyə hazırdır". Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu sözügedən ölkənin baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, tərəflər arasında həllini tapmayan digər problemlərlə yanaşı, Ermənistanın bəzi dairələrində vaxtaşırı olaraq qarşıdurma yaradan ritorikadan istifadə edilməsi bədbin əhvali-ruhiyyəni qidalandıran daha bir səbəbdir. "Hesab edirəm ki, biz, yəni Ermənistan və Azərbaycan kifayət qədər ciddi nəticələr əldə etmişik. İstər tarixdən, istər tarixi-mədəni abidələrdən, istərsə də başqa bir mövzudan bəhs edilməsindən asılı olmayaraq, bu nailiyyətlər münaqişə ritorikasından istifadə etməkdən bizim üçün daha dəyərli olmalıdır. Sülhün möhkəmləndirilməsi, inkişafı və onun institutlaşdırılması Ermənistanla Azərbaycan arasında əməkdaşlığın əsas mövzusuna çevrilməlidir", - deyə Paşinyan vurğulayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər