Cəmiyyət

Abşeronda avtomobil su kanalına düşdü: Xəsarət alan var - VİDEO

25 Sep 2026, 09:38 3 baxış
Abşeronda avtomobil su kanalına düşdü: Xəsarət alan var - VİDEO
Bu gün səhər Məmmədli kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsinin bəzi detalları məlum olub. Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə saat 05:30-da kəndin Sabunçu rayonuna düşən ərazisində, Məmmədli dairəsi istiqamətində qeydə alınıb. 2000-ci il təvəllüdlü Bakı şəhər sakini Sədulla Elşad oğlu Nəsirov idarə etdiyi "Toyota Corolla" markalı, 77-UF-895 dövlət nömrə nişanlı avtomobildə idarəetməni itirib və nəticədə maşın kanala aşıb. Sürücünün yüngül xəsarət aldığı bildirilir. Abşeron rayonunun Məmmədli kəndində minik avtomobili su kanalına düşüb. Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub.

Məlumata görə, hadisə bu gün səhər saat 8 radələrində baş verib. Hadisənin təfərrüatı barədə hələlik məlumat yoxdur.
Mənbə oxu.az

Oxşar Xəbərlər