Dünya

ABŞ Ermənistanda media və bloqerlərə fantastik pullar xərcləyib

25 Sep 2026, 09:40 3 baxış
ABŞ Ermənistanda media və bloqerlərə fantastik pullar xərcləyib
ABŞ Ermənistanın kütləvi informasiya vasitələri, eləcə də jurnalist və bloqerlərinin maliyyələşdirilməsi məqsədilə təxminən 7.5 milyon dollar vəsait ayırıb. Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu rəqəmlər ABŞ hökumətinin dövlət xərclərinə dair açıqlanan hesabatlarında öz əksini tapıb. Əvvəlcə rəsmi Vaşinqton "Media Program in Armenia" layihəsinə 15 milyon dollar xərcləməyi planlaşdırırdı. 2023-cü ildə icrasına başlanılan və 2028-ci ilə qədər davam etməsi nəzərdə tutulan bu proqramın cəmi iki il sonra fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib. Maliyyə vəsaitləri müstəqil olaraq qələmə verilən medianın dəstəklənməsi ilə məşğul olan beynəlxalq qeyri-kommersiya təşkilatı - "Internews" vasitəsilə yönləndirilirdi. Sənədlərdə qeyd olunur ki, 2024-cü ilin dekabrınadək 59 Ermənistan KİV-i dəstək alıb, media sahəsinin 338 nümayəndəsi təlimlərə cəlb olunub, jurnalist və bloqerlər isə proqramın köməyi ilə 805 material hazırlayaraq dərc ediblər. Donald Trampın Ağ Evə qayıdışından sonra formalaşan yeni administrasiya xaricə göstərilən yardımların, o cümlədən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) proqramlarının genişmiqyaslı yoxlanışına başlayıb. Həmin təftişlər çərçivəsində 2025-ci ilin martın 1-də "Internews"un Ermənistan media proqramı üçün nəzərdə tutulan qrantının maliyyələşdirilməsinə xitam verilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər