Cəmiyyət

Bu rayonlara yağış yağır, Bakıda güclü külək əsir

25 Sep 2026, 09:29 2 baxış
Bu rayonlara yağış yağır, Bakıda güclü külək əsir

Quba-Qusar bölgəsinin bəzi yerlərində arabir yağış yağır.


Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 25-i saat 9:00-a olan məlumatında qeyd olunub.


Bildirilib ki, düşən yağıntının miqdarı Qusarda 7, Xaçmaz və Qubada 1 mm-dək qeydə alınır.


Lakin ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.


Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22, Neftçalada 20 m/s-yə çatır.

Mənbə axar.az

Oxşar Xəbərlər