İdman
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO
"Formula-2" üzrə sprint yarışın startından dərhal sonra 2-cü döngənin girişində qəza yaşanıb. Oxu.Az xəbər verir ki, "Invicta Racing" komandasının sürücüsü Rafael Kamara arxadan "Prema Racing" komandasının sürücüsü Mari Boyaya toxunub. Nəticədə Mari Boyanın bolidinin arxa qanad qırılıb və o, təhlükəsizlik "cib"inə girərək mübarizəni dayandırmalı olub. Bolidin təxliyəsi üçün trasa təhlükəsizlik maşını çıxıb. Stüardların qərarı ilə Rafael Kamara insidentdə təqsirkar bilinib və onun yekun nəticəsinə 10 saniyə əlavə olunacaq.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az