Kriminal
Sabirabaddakı qəzada ölən və yaralananların adları bilindi
Sabirabad rayonunda baş verən yol-nəqliyyat hadisəsində ölən və xəsarət alanların kimliyi məlum olub. Oxu.Az-ın məlumatına görə, Oktay Qurban oğlu Qasımovun idarə etdiyi "Hyundai" markalı avtomobillə əks istiqamətdən gələn Rahim Məzahir oğlu İbrahimovun idarə etdiyi VAZ-2106 markalı avtomobillər toqquşub. Nəticədə VAZ-2106 markalı avtomobilin sürücüsü R.İbrahimov hadisə yerində ölüb, "Hyundai" markalı avtomobilin sürücüsü O.Qasımov, avtomobildə olan sərnişinlər - Kamal Mövsüm oğlu Qədirli və Mirəli Seyidhəşim oğlu Əskərov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Fakta bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.
Mənbə
oxu.az