İdman
İspaniya millisinin futbolçusu dünya çempionluğuna görə veriləcək bir milyon avrodan imtina etdi
İspaniya millisinin futbolçularından biri DÇ-2026-da qələbəyə görə nəzərdə tutulan təxminən bir milyon avro məbləğində mükafatını İspaniya Kral Futbol Federasiyasının (RFEF) əməkdaşlarına bağışlayıb. Oxu.Az "As" nəşrinə istinadən xəbər verir ki, RFEF və futbolçular dünya çempionatında komandanın göstərəcəyi nəticələrdən asılı olaraq mükafat fondunun bölüşdürülməsi qaydasını əvvəlcədən razılaşdırıblar. Yığma Şimali Amerikada nə qədər çox qalırdısa, futbolçulara və məşqçilər korpusuna bir o qədər çox vəsait düşürdü. Ümumi ödəniş məbləği təxminən 50 milyon avro təşkil edib. Sazişin şərtlərinə əsasən, 26 futbolçunun hər biri dünya çempionu titulunu qazanacağı təqdirdə təxminən 1 milyon avro bonus alacağını bilirdi. Lakin futbolçulardan biri öz mükafatından imtina edərək həmin vəsaitin RFEF əməkdaşlarına verilməsinə qərar verib. Həmin futbolçu adının açıqlanmasını istəməyib və bu istəyinin davam etməsini xahiş edib. O, bu addımı ilə özünə bu yolda yoldaş hesab etdiyi insanlara, xüsusilə uzunmüddətli təlim-məşq toplanışları zamanı komanda ilə "pərdəarxasında" çalışan əməkdaşlara təşəkkürünü bildirmək istəyib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər