Dünya

ABŞ diplomatlarına "süni intellekt"lə bağlı ŞOK TAPŞIRIQ

25 Sep 2026, 04:04 2 baxış
ABŞ diplomatlarına "süni intellekt"lə bağlı ŞOK TAPŞIRIQ
ABŞ Dövlət Departamenti amerikalı diplomatlara süni intellekti "superintellekt" adlandırmağı tapşırıb. Oxu.Az bildirir ki, bu barədə "Associated Press" agentliyi ABŞ-nin xarici siyasət idarəsinin daxili yazışmalarına istinadən xəbər verib. "Prezidentin Baş Assambleyadakı çıxışından sonra, zəhmət olmasa, sənədlərimizdə "süni intellekt" ifadələrini "superintellekt" ilə əvəz edin", - deyə materialda qeyd olunur. Qeyd edək ki, sentyabrın 19-da ABŞ Prezidenti Donald Tramp "süni intellekt" terminini bəyənmədiyini bildirərək üç alternativ ad təklif edib. Amerika lideri texnologiyanı "ən yüksək intellekt", "ekstremal intellekt" və ya "ali intellekt" adlandırmağı təklif edib. Trampın fikrincə, bu variantlar sürətlə inkişaf edən texnoloji inqilabı daha yaxşı xarakterizə edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər