İdman

Niderland - Almaniya matçında qalib müəyyənləşmədi - NƏTİCƏLƏR - VİDEO

25 Sep 2026, 00:52 2 baxış
Niderland - Almaniya matçında qalib müəyyənləşmədi - NƏTİCƏLƏR - VİDEO
UEFA Millətlər Liqasında qrup mərhələsinin qarşılaşmalarına start verilib. Oxu.Az xəbər verir ki, ilk oyun günündə səkkiz matç keçirilib. Günün mərkəzi görüşü A liqasının II qrupunda Niderland və Almaniya milliləri arasında baş tutub.

32-ci dəqiqədə Feliks Nmeça fərqlənərək Almaniyanı hesabda önə çıxarıb. 90+2-ci dəqiqədə Kodi Qakpo hesaba tarazlıq gətirərək yekun hesabı müəyyənləşdirib - 1:1. Digər oyunlarda aşağıdakı nəticələr qeydə alınıb: A liqası, II qrup Serbiya - Yunanıstan - 1:2. A liqası, IV qrup Norveç - Danimarka - 3:2; Portuqaliya - Uels - 1:0. B liqası, III qrup Avstriya - İsrail - 3:1; Kosovo - İrlandiya - 1:0. D liqası, I qrup Andorra - Malta - 1:2. D liqası, II qrup Lixtenşteyn - Litva - 0:2.
Mənbə oxu.az

Oxşar Xəbərlər