İdman

UEFA Millətlər Liqasında start: İlk gündə səkkiz qarşılaşma

24 Sep 2026, 09:00 27 baxış
UEFA Millətlər Liqasında start: İlk gündə səkkiz qarşılaşma
Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin qarşılaşmalarına start veriləcək. Oxu.Az xəbər verir ki, ilk oyun günündə səkkiz matç keçiriləcək. A liqasının II qrupunda Niderland və Almaniya, həmçinin Serbiya və Yunanıstan yığmaları arasında gərgin mübarizə izləniləcək. Eyni liqanın IV qrupunda isə Norveç Danimarka ilə, Portuqaliya isə Uelslə qüvvəsini sınayacaq. B liqasının III qrupunda Avstriya İsraillə, Kosovo isə İrlandiya millisi ilə yaşıl meydanda üz-üzə gələcək. D liqasında da azarkeşləri iki qarşılaşma gözləyir. I qrupda Andorra Malta ilə münasibətlərinə aydınlıq gətirəcəyi halda, II qrupda Azərbaycan millisinin qrupdakı rəqibləri olan Lixtenşteyn və Litva yığmaları xal mübarizəsinə çıxacaqlar. UEFA Millətlər Liqası 24 sentyabr A liqası, II qrup 22:45 Niderland - Almaniya; 22:45 Serbiya - Yunanıstan. A liqası, IV qrup 22:45 Norveç - Danimarka; 22:45 Portuqaliya - Uels. B liqası, III qrup 22:45 Avstriya - İsrail; 22:45 Kosovo - İrlandiya. D liqası, I qrup 20:00 Andorra - Malta. D liqası, II qrup 22:45 Lixtenşteyn - Litva.
Mənbə oxu.az

Oxşar Xəbərlər