İdman
"Mançester Siti"nin sabiq futbolçusu 32 yaşında vəfat etdi
İngiltərənin "Mançester Siti" klubunun gənclər komandasının keçmiş futbolçusu Kortni Meppen-Uolter 32 yaşında vəfat edib. Oxu.Az xəbər verir ki, bu barədə oyunçunun karyerası ərzində formasını geyindiyi "Beri" klubunun mətbuat xidməti "X" sosial şəbəkəsində bildirib. Futbolçunun ölüm səbəbi açıqlanmır. Meppen-Uolter İngiltərənin yeniyetmələrdən ibarət milli komandalarında çıxış edib. O, ötən il karyerasını başa vurub. Futbolçu 2013-cü ilə qədər "Mançester Siti"nin gənclər komandasında oynayıb.
Mənbə
oxu.az