İdman

"Sabah" - "Qarabağ" oyunu harada keçiriləcək? - PFL AÇIQLADI

29 Sep 2026, 19:36 1 baxış
"Sabah" - "Qarabağ" oyunu harada keçiriləcək? - PFL AÇIQLADI
Misli Premyer Liqasında IX turun oyun cədvəli və qarşılaşmaların başlama vaxtları müəyyənləşib. Oxu.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb. Turun mərkəzi qarşılaşması hesab olunan "Sabah" - "Qarabağ" oyunu "Dalğa Arena"da baş tutacaq. Oktyabrın 9-da PFL tərəfindən qeyd olunan stadiona yekun baxış keçiriləcək və stadionun uyğunluğu barədə son qərar veriləcək. IX turun tam cədvəlini təqdim edirik: 15:00. "Araz-Naxçıvan" - "Qəbələ" (Şamaxı şəhər stadionu) 19:00. "Zirə" - "Sumqayıt" (Zirə İdman Kompleksinin stadionu) 16:30. "Şəfa" - "Kəpəz" ("SOCAR Polymer Arena") 19:00. "Neftçi" - "Turan Tovuz" ("Palms Sports Arena") 15:00. "İmişli" - "Şamaxı" (Yevlax şəhər stadionu) 18:00. "Sabah" - "Qarabağ" ("Dalğa Arena").
Mənbə oxu.az