Siyasət

TRIPP Azərbaycanla Naxçıvanı necə birləşdirəcək? - Nazir DETALLARI AÇIQLADI - FOTO

24 Sep 2026, 00:44 2 baxış
TRIPP Azərbaycanla Naxçıvanı necə birləşdirəcək? - Nazir DETALLARI AÇIQLADI - FOTO
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ hökumətinin təşkilatçılığı ilə keçirilən "Sülh vasitəsilə rifah: Trans-Xəzər Ticarət Marşrutuna və TRIPP-ə investisiya" adlı tədbirdə çıxış edib. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında paylaşım edilib. Qeyd olunub ki, nazir çıxışı zamanı Azərbaycanın regional bağlantıların gücləndirilməsi ilə bağlı baxışlarını təqdim edib. O bildirib ki, nəqliyyat və logistika əlaqələrinin inkişaf etdirilməsi regionda iqtisadi artımın sürətləndirilməsinə, təchizat zəncirlərinin dayanıqlılığının artırılmasına və yeni investisiya imkanlarının yaradılmasına mühüm töhfə verə bilər. Tədbirdə əsas diqqət TRIPP layihəsinə yönəlib. Qeyd olunub ki, Vaşinqton Sammitinin mühüm nəticələrindən biri kimi təqdim edilən TRIPP Azərbaycan ərazisinin əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz multimodal nəqliyyat bağlantısının təmin edilməsini nəzərdə tutur. Layihənin, eyni zamanda, daha geniş regional əlaqələrin inkişafına və regionda uzunmüddətli sülhün möhkəmləndirilməsinə töhfə verməsi gözlənilir. Ceyhun Bayramov TRIPP-in həyata keçirilməsi istiqamətində ABŞ-nin səylərini yüksək qiymətləndirərək bu prosesdə göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib. Xarici işlər naziri layihənin yalnız nəqliyyat sahəsi ilə məhdudlaşmadığını, regional enerji bağlantılarının inkişafı və enerji mənbələrinin şaxələndirilməsi baxımından da əhəmiyyətli potensiala malik olduğunu vurğulayıb. Çıxışda Azərbaycanın nəqliyyat və logistika sahəsində həyata keçirdiyi layihələrə də diqqət çəkilib. Bildirilib ki, Bakı Limanı və Ələt Azad İqtisadi Zonasının ətrafında inteqrasiya olunmuş nəqliyyat-logistika qovşağının formalaşdırılması istiqamətində investisiyalar davam etdirilir. Ceyhun Bayramov rəqəmsallaşdırmanın genişləndirilməsinin, logistika və gömrük prosedurlarının sadələşdirilməsinin, eləcə də regional tərəfdaşlar arasında koordinasiyanın gücləndirilməsinin vacibliyini qeyd edib. Bu baxımdan Azərbaycan, Qazaxıstan, Türkiyə və Gürcüstan arasında həyata keçirilən koordinasiya yol xəritələrinin regional nəqliyyat əlaqələrinin inkişafına xidmət etdiyi vurğulanıb. Azərbaycanın yanaşmasına görə, Trans-Xəzər marşrutunun və TRIPP kimi yeni bağlantı layihələrinin inkişafı ölkələri və bazarları daha sıx birləşdirərək regional ticarət, investisiya və enerji əməkdaşlığı üçün əlavə imkanlar yarada bilər.
{{gallery}}
TRIPP Azərbaycanla Naxçıvanı necə birləşdirəcək? - Nazir DETALLARI AÇIQLADI - FOTO TRIPP Azərbaycanla Naxçıvanı necə birləşdirəcək? - Nazir DETALLARI AÇIQLADI - FOTO TRIPP Azərbaycanla Naxçıvanı necə birləşdirəcək? - Nazir DETALLARI AÇIQLADI - FOTO TRIPP Azərbaycanla Naxçıvanı necə birləşdirəcək? - Nazir DETALLARI AÇIQLADI - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər