Dünya
Günəşdə güclü partlayışlar gözlənilir: Tarixlər açıqlandı
Sentyabrın 23-ü və 24-də Günəş səthində M sinfinə aid partlayışların baş verməsi ehtimal edilir. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Tətbiqi Geofizika İnstitutu məlumat yayıb. İnstitutdan bildirilib ki, qeyd olunan tarixlərdə Günəşdə partlayış aktivliyi ümumilikdə aşağı səviyyədə olacaq. Bununla belə, M sinifli partlayışların baş vermə ehtimalı var. Daha əvvəl Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyası məlumat vermişdi ki, Günəşdə partlayış aktivliyində 2021-ci ildən bəri qeydə alınan ən uzunmüddətli fasilə altı günlük sakitlikdən sonra sentyabrın 19-da başa çatıb. Günəş partlayışları rentgen şüalanmasının gücündən asılı olaraq A, B, C, M və X siniflərinə bölünür. Bunlardan A sinfi ən aşağı, X sinfi isə ən yüksək gücə malik partlayışları əhatə edir. Partlayışlar zamanı günəş plazmasının kosmosa atılması da mümkündür. Plazma buludlarının Yerə çatması isə maqnit qasırğalarına səbəb ola bilər.
Mənbə
oxu.az
Oxşar Xəbərlər