Dünya

İsrailin ABŞ-dəki səfirinin oğlu hücumda ağır YARALANDI

23 Sep 2026, 22:44 6 baxış
İsrailin ABŞ-dəki səfirinin oğlu hücumda ağır YARALANDI
İsrailin ABŞ-dəki səfiri Yehiel Leyterin oğlu Neriya Leyter İordan çayının qərb sahilində İsrail ordusunun nəzarət-buraxılış məntəqəsinə edilən hücum nəticəsində ağır yaralanıb. Oxu.Az xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti məlumat yayıb. Məlumata görə, ABŞ vətəndaşlığı olan Neriya Leyter hazırda İsrail ordusunda ehtiyatda xidmət edir. Hadisə İsrailin Modiin şəhəri yaxınlığındakı nəzarət-buraxılış məntəqəsində baş verib. Avtomobil nəzarət-buraxılış məntəqəsinə çırpılıb və orada olan Leyter ciddi xəsarət alıb. O, ağır vəziyyətdə Qüdsdəki xəstəxanalardan birinə çatdırılıb. Nəzarət-buraxılış məntəqəsinə avtomobillə çırpılan şəxs hadisə yerində öldürülüb. Məlumata görə, hücumu həyata keçirən şəxs qonşu Beyt-Ur ət-Taxta kəndindən olan 29 yaşlı Mahmud Məhəmməd Sliman olub. "The Jerusalem Post" qeyd edir ki, İsrailin ABŞ-dəki səfirinin digər oğlu Moşe Yedidiya 2023-cü ildə Qəzza zolağında gedən döyüşlər zamanı həlak olub. O, mayor rütbəsində bölük komandiri olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər