İdman

FİFA-dan Türkiyə komandasına ağır cəza

23 Sep 2026, 01:53 26 baxış
FİFA-dan Türkiyə komandasına ağır cəza

Türkiyənin 1-ci Liqasında çıxış edən “Kayserispor”a FİFA tərəfindən daha bir transfer qadağası tətbiq edilib.


Axar.az Qol.az-a istinadən xəbər verir ki, buna klubun sabiq futbolçusu Karlos Maneyə 75 min avro borcunun olması səbəb göstərilib.


Bununla da “Kayserispor”la bağlı FİFA tərəfindən tətbiq edilən transfer qadağalarının sayı 4-ə çatıb.


Klubdan bildirilib ki, mövcud qadağaların aradan qaldırılması üçün tələb olunan ödənişlərin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir.

Mənbə axar.az

Oxşar Xəbərlər