Dünya

Sualtı əməliyyatlar üçün yeni enerji mənbəyi sınaqdan keçirildi

22 Sep 2026, 06:36 3 baxış
Sualtı əməliyyatlar üçün yeni enerji mənbəyi sınaqdan keçirildi
Çin tədqiqatçıları açıq dəniz şəraitində, 10 metr dərinlikdə fəaliyyət göstərən dünyanın ilk sualtı Günəş elektrik stansiyasını sınaqdan keçiriblər. Oxu.Az-ın "South China Morning Post" nəşrinə istinadən verdiyi məlumata görə, bu yeni sistem sualtı əməliyyatların enerji ilə təmin edilməsi üçün geniş perspektivlər vəd edir. Sözügedən elektrik stansiyası Yünnan Universitetinin mütəxəssislər qrupu tərəfindən ərsəyə gətirilib. Alimlər 10 metrlik dərinlikdə perovskit quruluşlu (yarımkeçirici materiallar sinfi) qurğuşun halogenidləri əsasında işləyən fotoelektrik sistem tətbiq ediblər. Nəşr vurğulayır ki, suya salınmış bu qurğu batareyaları enerji ilə dolduraraq işıqdiodlu paneli qidalandırıb və okeanın tutqun mavi-yaşıl qaranlığında belə günəş enerjisi əldə etməyin mümkünlüyünü sübuta yetirib. "Sualtı günəş elementlərinin əvvəlki versiyaları yalnız çox dayaz dərinliklər, yəni maksimum 2 metr üçün nəzərdə tutulmuşdu ki, bu da real istismar şərtlərindən uzaqdır. Təqdim olunan bu layihədə isə Günəş elementlərinin 10 metrə qədər dərinlikdə və real şəraitdə işləmək bacarığı ilk dəfə olaraq təqdim olunur", - deyə qəzet Yünnan Universitetinin alimi Venxua Çjanın sözlərini sitat gətirib. Texnologiyanın müəllifləri hesab edirlər ki, bu ixtira sualtı sensorlar, detektorlar, kameralar, rabitə sistemləri, eləcə də sualtı robotlar və aparatlar üçün enerji mənbəyi kimi öz tətbiqini tapa bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər