Cəmiyyət
Kəlbəcər sakini: "Fərəh hissi ilə ailəmlə, nəvəmlə Ağdərəyə köçürük"
"Məcburi köçkünlük həyatımız çox çətin keçib. Çox şükür bu günümüzə ki, doğma yurda qayıdırıq". Bu sözləri Oxu.Az-a açıqlamasında bu günə Ağdərə rayonun Çapar kəndinə köç edən məcburi köçkün Nəcəf Cəfərov deyib. O əslən Kəlbəcər rayonundan olduğunu bildirib: "Bizim kəndimiz hələ hazır olmadığı üçün Ağdərə rayonunun Çapar kəndinə gedirik. Allah Prezidentimizin canını sağ eləsin! Yenə bizə bu şəraiti yaratdı, biz öz yerimizə, yurdumuza qayıdırıq. Məcburi köçkünlük günlərimiz çox çətin keçib. Köçkün düşməyin nə demək olduğunu köçkün düşən başa düşər. 30 ildə biz nə qədər əziyyətlər çəkdik. Neçə yerlərdə - məktəblərdə, bağçalarda yaşadıq. İndikiyədək də biz qohum evində qalırdıq. Fərəh hissi ilə ailəmlə, yoldaşım, oğlum, nəvəm ilə bu gün doğma yurda qayıdırıq. Bu günkü günümüzə şükür!"
Mənbə
oxu.az
Oxşar Xəbərlər