Cəmiyyət
Cəbrayıl sakini: "Məcburi köçkün düşəndə 36 yaşım var idi, indi 69 yaşımda Şükürbəyliyə köçürük"
"30 ildən çox köçkünlük həyatı yaşasaq da, heç vaxt ümidimi üzməmişdim". Bu sözləri Oxu.Az-a açıqlamasında bu gün Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç edən Zakir Mustafayev deyib. O, doğma yurduna qayıtdığı üçün sevincli olduğunu söyləyib: "Nəhayət 30 ildən sonra doğma vətənə, baba yurduna qayıdırıq. Bu şəraiti quranlara, dövlət başçımıza Allah qorusun. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Qanları bahasına o torpaqları aldılar. Bu sevinci bizə yaşatdılar. Hamısının qarşısında baş əyirəm. Şükürbəyli kəndinə qayıdıram. Məcburi köçkün düşəndə mənim 36 yaşım var idi. İndi 69 yaşım var. Ailəmlə birlikdə bu gün yola düşürük. Heç vaxt ümidimi üzməmişdim. Əvvəl Saatlı rayonunda məskunlaşmışdıq, sonra Bakıya gəldik. İndi də doğma yurda gedirik. Bundan böyük sevinc, bundan şad gün ola bilməz".
Mənbə
oxu.az
Oxşar Xəbərlər