Digər

Bu ölkə ABŞ-dan 10 il boyunca qaz alacaq

22 Sep 2026, 00:29 2 baxış
Bu ölkə ABŞ-dan 10 il boyunca qaz alacaq

Litva və ABŞ-ın EQT korporasiyası 10 illik təbii qaz təchizatı müqaviləsi imzalayıblar.


Axar.az xəbər verir ki, bu barədə Litva Energetika Nazirliyinin açıqlamasında deyilir.


"Dövlət enerji şirkəti İgnitis və EQT Corporation arasında imzalanan müqavilə 2027-2036-cı illər üçün illik təxminən 1 TVt/saat qaz təchizatını nəzərdə tutur", - bildirilib.


Nazirliyin məlumatına görə, bu məbləğ Litvanın təbii qaza olan ehtiyacının 40%-ni ödəyir.

Mənbə axar.az

Oxşar Xəbərlər