Digər

Putinlə görüş həyatımın heç də yaxşı günü olmayacaq

22 Sep 2026, 00:52 4 baxış
Putinlə görüş həyatımın heç də yaxşı günü olmayacaq

Ukrayna dövləti Rusiya ilə liderlər səviyyəsində şəxsi danışıqlara icazə verir. Əsas məsələ görüşün konkret nəticəsinin olmasıdır.


Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.


Zelenski Putinlə şəxsən danışıqlar masasına oturmağa hazır olub-olmadığına dair suala cavab olaraq deyib:


"Belə bir görüşün perspektivi onda müsbət emosiyalar oyatmır. Əgər praktiki məntiqə uyğundursa, bunu nəzərdən keçirməyə hazıram. Bu, mənim üçün normaldır, baxmayaraq ki, bu, mənim istəyim deyil və əlbəttə ki, həyatımın ən yaxşı günü olmayacaq".


Eyni zamanda, Zelenski Putini Ukraynanın düşməni hesab etdiyini təkrarlayıb:


"Onun əsl məqsədini bilirəm. O, düşməndir və mən onun əsl məqsədini bilirəm: kifayət qədər güclü deyiliksə və ya təhlükəsizlik zəmanətimiz yoxdursa, bizi işğal etmək".


Zelenskinin sözlərinə görə, təhlükəsizlik zəmanətləri bu kontekstdə əsas məsələlərdən biridir. Onun üçün bu, Rusiyanın Ukraynanın işğalını davam etdirə bilməyəcəyinə inam deməkdir.


Zelenski Putinlə şəxsi söhbətin mümkünlüyünü istisna etməyib.


Xatırladaq ki, Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bu yaxınlarda Kremlin Ukrayna və ABŞ-ın iştirakı ilə yeni üçtərəfli görüşə ümid etdiyini bildirmişdi. Onun sözlərinə görə, bu cür danışıqların aparılması məsələsi artıq Amerika nümayəndələri ilə müzakirə olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər