Dünya
Süni intellekt şirkətləri hakim qarşısına çıxarılacaq: Onların əlbir olduğu iddia edilir
ABŞ-də "Anthropic", "OpenAI", "SpaceXAI" və "Google" şirkətlərinə qarşı süni intellektin inkişaf tempinin ləngidilməsi ilə bağlı əlbir olma ittihamı üzrə qrup şəklində məhkəmə iddiası qaldırılıb. Oxu.Az xəbər verir ki, bu barədə "The Hill" Şimali Kaliforniya Dairəsi üzrə Federal Məhkəməyə təqdim edilmiş sənədlərə istinadən məlumat yayıb. İddiaçılar şirkətlərin xidmətlərindən istifadə edən Çarlz Byust, Nik Spetsas, Şayenn Hant və Kristin Ballokdur. Onlar rəqib şirkətlərin süni intellekt məhsullarının təkmilləşdirilməsi tempini azaltmaq barədə razılaşdıqlarını iddia edirlər. İddiaçıların fikrincə, bu cür qərarlar özəl şirkətlər tərəfindən deyil, dövlət tərəfindən qəbul edilməlidir. Məhkəmə iddiasının əsas səbəblərindən biri "Anthropic" şirkətinin rəhbəri Dario Amodeinin təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə daha güclü süni intellekt modellərinin hazırlanma tempinin azaldılmasına dair ictimai çağırışı olub.
Dünya
Süni intellektin inkişafı yavaşladılmalıdır - "Anthropic" rəhbərindən çağırış
Amodeinin təklifinə "SpaceXAI"ın təsisçisi İlon Mask, "OpenAI" şirkətinin rəhbəri Sem Altman və "Google DeepMind"ın rəhbəri Demis Hassabis də dəstək ifadə ediblər.

Mənbə
oxu.az