Dünya

BMT qüvvələri Livanı tərk edirlər: İndi bu ərazilər kimin nəzarətində olacaq?

20 Sep 2026, 07:34 2 baxış
BMT qüvvələri Livanı tərk edirlər: İndi bu ərazilər kimin nəzarətində olacaq?
BMT-nin Livandakı Müvəqqəti Qüvvələri (UNIFIL) ilin sonunda başlayacaq çıxarılma prosesi ərəfəsində öz funksiyalarının digər BMT qurumları və Livan ordusuna ötürülməsi üçün hazırlıq görürlər. Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, UNIFIL-in missiya rəhbəri və komandanı, italiyalı general-mayor Diodato Abaqnara bildirib ki, qurum BMT ilə humanitar yardımların təmin edilməsi, eləcə də Livan ordusu ilə həssas ərazilər barədə məlumat mübadiləsi istiqamətində artıq əməkdaşlıq edir. Onun sözlərinə görə, UNIFIL-in bəzi mövqelərinin Livan ordusuna təhvil verilməsi çətin ola bilər. Buna səbəb sülhməramlıların mövqelərinin bir hissəsinin hazırda İsrail qüvvələrinin nəzarətində olan ərazilərdə yerləşməsidir. BMT Təhlükəsizlik Şurasının 2025-ci ildə qəbul etdiyi 2790 saylı qətnaməyə əsasən, UNIFIL-in mandatı 31 dekabr 2026-cı ilədək sonuncu dəfə uzadılıb. Həmin tarixdən etibarən missiyanın fəaliyyətinin dayandırılması və şəxsi heyətin mərhələli, təhlükəsiz şəkildə Livandan çıxarılması nəzərdə tutulur. Çıxarılma prosesinin 31 dekabr 2027-ci ilədək başa çatdırılması planlaşdırılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər