İqtisadiyyat

Fransada dövlət borcu ilə bağlı şok proqnoz

20 Sep 2026, 06:36 3 baxış
Fransada dövlət borcu ilə bağlı şok proqnoz
Fransanın dövlət borcu artmaqda davam edəcək və 2027-ci ildə ümumi daxili məhsulun (ÜDM) 121.7%-nə çatacaq. Oxu.Az xəbər verir ki, bu barədə BFMTV Fransa İqtisadiyyat və Maliyyə Nazirliyinin məlumatlarına istinadən məlumat yayıb. Nazirliyin proqnozuna görə, 2026-cı ildə dövlət borcunun səviyyəsi ÜDM-in 119.3%-ni təşkil edəcək. Bir il sonra isə bu göstəricinin 121.7%-ə yüksələcəyi gözlənilir. 2026-cı ilin I rübünün yekunlarına görə, Fransanın dövlət borcu ilk dəfə 3.5 trilyon avronu ötüb. Borcun həcmi ÜDM-in 117.5%-nə çatıb. Bu, Avropa İttifaqında Yunanıstan və İtaliyadan sonra üçüncü ən yüksək göstəricidir. Fransa Maliyyə Nazirliyində borcun artmasını dövlət büdcəsinin yüksək kəsirinin mexaniki nəticəsi adlandırıblar.
Mənbə oxu.az

Oxşar Xəbərlər