Dünya

Alman general NATO-nun Hərbi Komitəsinin yeni rəhbəri oldu

20 Sep 2026, 05:32 3 baxış
Alman general NATO-nun Hərbi Komitəsinin yeni rəhbəri oldu
NATO-nun Hərbi Komitəsinin yeni sədri Almaniya Silahlı Qüvvələrinin baş müfəttişi, general Karsten Broyer təyin edilib. O, 2027-ci ilin iyulunda vəzifəsinin icrasına başlayacaq. Oxu.Az xəbər verir ki, bu barədə qurumun hazırkı rəhbəri admiral Cüzeppe Kavo Draqone "X" sosial şəbəkəsində məlumat verib. Onun sözlərinə görə, NATO ölkələrinin Baş qərargah rəisləri Broyerə bu vəzifəni "Avroatlantik təhlükəsizlik üçün çətin bir məqamda" etibar ediblər. Səsvermə sentyabrın 19-da NATO-nun 32 ölkəsinin Baş qərargah rəislərinin Kopenhagendə keçirilən görüşündə baş tutub. Hərbi Komitə NATO-nun ali hərbi orqanıdır, onun sədri isə alyansın baş katibinin baş hərbi müşaviri hesab olunur. Sədr NATO ölkələrinin Baş qərargah rəisləri tərəfindən üç il müddətinə seçilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər