Dünya

Trampdan süni intellektlə bağlı qəribə təklif - Foto

20 Sep 2026, 03:32 2 baxış
Trampdan süni intellektlə bağlı qəribə təklif - Foto
ABŞ Prezidenti Donald Tramp "süni intellekt" (AI) ifadəsini bəyənmədiyini bildirərək bu texnologiya üçün üç alternativ ad təklif edib. Oxu.Az xəbər verir ki, Tramp "Truth Social" platformasında keçirdiyi sorğuda "Superior Intelligence" ("Üstün intellekt"), "Extreme Intelligence" ("Ekstremal intellekt") və "Supreme Intelligence" ("Ali intellekt") variantlarını təqdim edib. Trampın sözlərinə görə, "süni intellekt" ifadəsi bu yeni fenomeni təsvir etmək üçün qeyri-dəqiq və uğursuz addır. O, daha uyğun adın seçilməsi üçün istifadəçiləri səsvermədə iştirak etməyə çağırıb. Hazırda sorğuda "Üstün intellekt" variantı 42 faiz səslə öndədir.
Trampdan süni intellektlə bağlı qəribə təklif - Foto Trampdan süni intellektlə bağlı qəribə təklif - Foto Trampdan süni intellektlə bağlı qəribə təklif - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər