Cəmiyyət
Asfalt örtüyü dəyişdirilən yolların xətlənməsi niyə yubanır? - Video
Bakının bəzi küçələrində asfalt örtüyü dəyişdirilsə də, yollar xətlənməyib. Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, paytaxtın Xətai rayonu, Rövşən Əliyev küçəsində bir həftədən çoxdur ki, asfalt örtüyü yenilənib. Lakin hələ də xətlənmə aparılmayıb. Bu vəziyyət xüsusilə günün pik saatlarında ərazidə sıxlığa və xaosa səbəb olur. Analoji problemlə Nəsimi rayonunun Şıxəli Qurbanov küçəsində də qarşılaşmaq mümkündür. Bu yolda 20 gündən çoxdur ki, asfalt örtüyü dəyişdirilsə də, xətlənmə aparılmayıb.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, beynəlxalq təcrübəyə əsasən, yol asfaltlandıqdan sonra müəyyən müddət gözlənilməlidir. Əks halda, asfaltın tərkibindəki maddələr xətləməni yararsız vəziyyətə gətirir. Bəs "Yol hərəkəti haqqında" Qanun bu barədə nə deyir? Nəqliyyat eksperti Yasin Mustafayev qeyd edib ki, standartlara uyğun olaraq işlər ləngidilmədən tamamlanmalıdır: "Yol hərəkəti haqqında" Qanunun 40-cı və 69-cu maddələrində göstərilir ki, təmir işləri bitdikdən dərhal sonra üfüqi nişanlama, yol nişanları və digər komponentlər quraşdırılmalıdır. Əks halda, sürücülər və piyadalar çətinliklə qarşılaşırlar. Bu da qəzalara, insanların xəsarət almasına, nəqliyyat vasitələrinin zədələnməsinə və hətta insan itkisinə səbəb ola bilər".

Mənbə
oxu.az