Cəmiyyət
Borcunuz varsa, onu yeni qaydada ödəyə bilərsiniz - Qanun nə deyir? - Video
Borc bir tərəfin (borcverənin) müəyyən bir pul məbləğini və ya əşyanı, digər tərəfə (borcalana) müəyyən müddətdən sonra geri qaytarmaq şərti ilə mülkiyyətinə verməsidir. Oxu.Az-ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu borcun ödənilməsi ilə bağlı yeni mexanizmin yaradılması ilə bağlıdır. Bununla bağlı qanunvericiliyə - "İcra haqqında" Qanuna yeni dəyişiklik təklif edilir.
Tutaq ki, bir şəxsin borcu var, amma həmin borcu ödəməyə pulu yoxdur. Əgər borclunun adına səhm və ya digər qiymətli kağızlar varsa, həmin aktivlərə də tələb yönəldilə bilər. Yeni qaydalara əsasən, icra məmuru borclunun qiymətli kağızlarının olub-olmadığını müəyyənləşdirə və onların üzərinə həbs qoya biləcək. Bu proses "Elektron icra" informasiya sistemi vasitəsilə də təşkil ediləcək. Həbs qoyulduqda borclu həmin qiymətli kağızı sata və ya ona sərəncam verə bilməyəcək. Həmçinin həmin qiymətli kağız üzrə ödənişləri qəbul etmək hüququ da borcun tələb olunan hissəsi qədər məhdudlaşdırılacaq. Bəs borc necə ödəniləcək? Qiymətli kağız əvvəlcə müəyyən edilmiş qaydada tələbkara təklif olunacaq. Tələbkar bunu qəbul etməsə, qiymətli kağız investisiya şirkəti vasitəsilə tənzimlənən bazarda satılacaq və əldə olunan vəsait borcun ödənilməsinə yönəldiləcək. Yəni sadə dillə desək, borclunun yalnız pulu deyil, qiymətli kağızları da borcun icrası üçün mənbəyə çevrilə bilər.

Mənbə
oxu.az