Cəmiyyət
Saray sakinləri şikayətçidirlər: "Yola çıxanda bizə gülürlər" - Video
Saray qəsəbəsində yerləşən Bəxtiyar Vahabzadə küçəsinin sakinləri ərazidə yolların yararsız vəziyyətdə olmasından narazıdırlar. Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, şikayətçilər küçədə kanalizasiya xəttinin olmamasının xüsusilə yağışlı havalarda vəziyyəti daha da çətinləşdirdiyini deyirlər. Sakin Ayəniz Kərimova bildirib ki, yolun vəziyyəti uşaqların məktəbə gedib-gəlməsində də ciddi çətinlik yaradır: "Burada kanalizasiya xətti yoxdur. Yağış yağanda su dizə qədər qalxır. Üç nəvəm məktəbə gedir, əziyyət çəkirlər. Yola çıxanda bizə gülürlər ki, hansı kənddən gəlmisiniz?!"
Şikayətçilərin sözlərinə görə, yolun vəziyyəti nəqliyyatın hərəkətinə də maneə yaradır. Onlar bildirirlər ki, taksi sürücüləri yaranmış vəziyyətə görə ünvana gəlməkdən imtina edir, avtomobillər isə tez-tez yolda qalır.

Mənbə
oxu.az
Oxşar Xəbərlər