Cəmiyyət

"Koroğlu" - Bilgəh istiqamətində avtobus problemi: "Tələbatı ödəmir" - Video

20 Sep 2026, 01:24 2 baxış
"Koroğlu" - Bilgəh istiqamətində avtobus problemi: "Tələbatı ödəmir" - Video
Metronun "Koroğlu" stansiyasından Bilgəh qəsəbəsinə sərnişin daşıyan 150 nömrəli marşrut avtobuslarının fəaliyyəti sakinlərin narazılığına səbəb olub. Oxu.Az "Xəzər" TV-yə istinadən xəbər verir ki, sərnişinlər avtobusların tutumunun az olduğunu və tələbatı ödəmədiyini bildirirlər. Onların sözlərinə görə, marşrut üzrə məsafə uzun, sərnişinlərin sayı isə çoxdur.

Həftəsonu olmasına baxmayaraq, sakinlər dayanacaqlarda uzun müddət avtobus gözləməli olduqlarını deyirlər. Bəs bu istiqamətdə iritutumlu avtobusların xəttə buraxılması nəzərdə tutulurmu? "BakuBus" MMC-nin sözçüsü Əsmər Əliyeva bildirib ki, avtobusların marşrut xəttinə buraxılması sərnişin tələbatına uyğun şəkildə tənzimlənir. Onun sözlərinə görə, sərnişin axını və tələbat mütəmadi olaraq nəzarətdə saxlanılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər