Digər
Rusiya və Ukraynaya təklif verdik, gözləyirik - Fidan
Türkiyə Qara dənizdə təhlükəsizliyin təmin edilməsi üçün münaqişə tərəflərinə təklif irəli sürüb və cavab gözləyir.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib.
"Hər iki tərəfə təklif təqdim etmişik və cavab gözləyirik. Bizim ilk prioritetimiz Qara dəniz vasitəsilə taxıl ixracıdır", - deyə o bildirib .
Eyni zamanda, Fidan qeyd edib ki, hazırda davamlı nəticələrə nail olmaq çətin görünür.
Mənbə
axar.az