Digər
Qarabağda 23 saat 43 dəqiqə: Antiterror tədbirlərinin hərbi xronikası - Video
19 sentyabr 2023-cü il: Qarabağda illər ərzində formalaşmış hərbi-siyasi qarşıdurmanın son mərhələsi başlayır. Azərbaycan Ordusu bölgədə lokal xarakterli antiterror tədbirlərinə start verir. Əməliyyat zamanı Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövqeləri, uzunmüddətli atəş nöqtələri, döyüş vasitələri və hərbi təyinatlı obyektlər yüksəkdəqiqlikli silahlarla sıradan çıxarılır.
20 sentyabr saat 13:00-da separatçı qurumun rəhbəri Azərbaycanın şərtlərini qəbul edir. Şərtlər qeyri-qanuni silahlı qrupların tərk-silahını və Qarabağda fəaliyyət göstərən separatçı qurumun mövcudluğuna son qoyulmasını nəzərdə tuturdu. Bəs 23 saat 43 dəqiqə ərzində hansı hərbi proseslər baş verdi? Əməliyyata qədər Qarabağda hansı müdafiə sistemi formalaşdırılmışdı? Azərbaycan Ordusu hansı istiqamətlərdən irəlilədi və hərbi əməliyyatın taleyini müəyyən edən əsas amillər nələr oldu? Baku TV-nin "Hərbi xronika" verilişində bu və digər suallara aydınlıq gətirilib.

Mənbə
oxu.az