İdman

Azərbaycanda qalacağam, gəzmək istəyirəm - Dambrauskas

20 Sep 2026, 01:30 2 baxış
Azərbaycanda qalacağam, gəzmək istəyirəm - Dambrauskas

Misli Premyer Liqasının 6-cı turu çərçivəsində "Sabah" "İmişli"yə 3:1 hesabı ilə qalib gəlib.


Axar.az Qol.az-a istinadən xəbər verir ki, "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas oyundan sonra matç barədə fikirlərini bölüşüb:


"Milliyə yollanan futbolçularımıza uğurlar arzulayıram. Ölkəni təmsil etmək böyük şərəfdir. Ümid edirəm ki, zədəsiz qayıdacaqlar. Komandada qalan futbolçularla isə işimizi davam etdirəcəyik. Bu gündən komandaya bir həftə istirahət vermişəm. Qayıtdıqdan sonra çempionatın ikinci hissəsinə hazırlaşacağıq və oyun-oyun irəliləyəcəyik.


Özümə gəlincə, Azərbaycanda qalacağam. Ölkənin bölgələrini gəzmək, yeni yerlər görmək və istirahət etmək istəyirəm. Son üç ayda, xüsusən Çempionlar Liqasının təsnifat mərhələlərini və mövsümün startını nəzərə alsaq, qrafikimiz çox gərgin olub. Yay dövründəki çıxışımızı 10 ballıq sistemlə qiymətləndirsəm, ən yüksək balı verərdim. Yalnız “Mançester Yunayted”lə oyunda bir qədər daha yaxşı çıxış edə bilərdik.


Milli fasilədən sonra əvvəlcə “Neftçi”, ardından “Slaviya” və “Qəbələ” ilə oynayacağıq. Daha sonra isə Dortmund “Borussiya”sı və “Qarabağ”la qarşılaşacağıq. Çempionlar Liqasına xoş gəlmisiniz! Belə səviyyədə çıxış edirsinizsə, bu ritmə davam gətirməlisiniz. Böyük klub olmaq və belə çağırışları qəbul etmək istəyiriksə, bu maneələri dəf etməli və inkişaf etməliyik".

Mənbə axar.az

Oxşar Xəbərlər