Cəmiyyət
Bakıda əsas yollardan biri qaranlığa qərq olub: Sakinlər narazıdırlar - Video
Sakinlər Kənar Dairəvi yolun yaxınlığındakı küçənin işıqlandırılmamasından şikayətçidirlər. Bu barədə Oxu.Az-a müraciət edən sakinlər məlumat veriblər. Onlar bildiriblər ki, bir aydan çoxdur ki, Sədərək Ticarət Mərkəzindən Yasamal rayonu istiqamətinə gələn yolda işıqlar söndürülüb: "Bu yol əsas sürətli yollardan biridir, işıqlandırmanın olmaması qəza risklərini də artırır", - deyə sakinlər qeyd ediblər.
Mənbə
oxu.az