Cəmiyyət

Şahbuzda 1 hektar sahədə məişət tullantıları yandı

19 Sep 2026, 12:21 29 baxış
Şahbuzda 1 hektar sahədə məişət tullantıları yandı

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şahbuz rayon Daylaqlı kəndində məişət tullantıları atılan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.


Nazirliyin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Şahbuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.


Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülərək daha geniş sahəyə yayılmasının qarşısı alınıb.


Hadisə nəticəsində 1 hektar sahədə olan məişət tullantıları yanıb.

Mənbə axar.az

Oxşar Xəbərlər