İdman

Azərbaycan Kubokunda 2026/27 mövsümünün püşkü atıldı - FOTO

18 Sep 2026, 13:31 4 baxış
Azərbaycan Kubokunda 2026/27 mövsümünün püşkü atıldı - FOTO
Bu gün Azərbaycan Kubokunda 2026/27 mövsümünün püşkatma mərasimi keçirilib. Oxu.Az xəbər verir ki, püşkatma 34 komanda arasında olub. Mərasimdə Misli Premyer Liqası, Azərbaycan birinci liqası və ikinci liqası klubları iştirak edib. Kubokun birinci təsnifat mərhələsinin oyunları oktyabrın 7-si və 8-də baş tutacaq. 1/4 final mərhələsinə qədər olan oyunlar tək oyun formatında, 1/4 final mərhələsindən başlayaraq isə iki oyun (ev və səfər) formatında keçiriləcək. Birinci təsnifat mərhələsində "Difai" - "Zəngəzur", "Qaradağ" - "Şəki", "Şəmkir" - "Ağstafa gəncləri", "Şirvan" - "Kür-Araz", "Ağdaş" - "Quba Hypers", "Marafon" - "Dinamo" qarşılaşmaları baş tutacaq. Qeyd edək ki, kubokun finalı 12 may tarixində ilk dəfə Gəncə şəhər stadionunda keçiriləcək.
Azərbaycan Kubokunda 2026/27 mövsümünün püşkü atıldı - FOTO Azərbaycan Kubokunda 2026/27 mövsümünün püşkü atıldı - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər