Cəmiyyət

Bakıda avtobus həyətin girişində ilişib qaldı - Video

18 Sep 2026, 15:42 3 baxış
Bakıda avtobus həyətin girişində ilişib qaldı - Video

Bu gün səhər Yasamal rayonunda 10 nömrəli marşrut avtobusu Müstəqillik küçəsindəki MİDA yaşayış kompleksinin həyətinin girişində sıradan çıxıb.


Axar.az Unikal.az-a istinadla xəbər verir ki, avtobus səhər saat 07:00 radələrində xarab olduğu üçün yolun hərəkət hissəsində ilişib qalıb. Nəticədə kompleksə giriş-çıxışda çətinlik yaranıb.


Ərazidəki sakinlər avtobusun yoldan kənarlaşdırılması üçün cəhd göstərsələr də, buna nail olmayıblar. Az sonra sürücü nəqliyyat vasitəsini işə sala bilib və onu yolun kənarına çəkib.

Mənbə axar.az

Oxşar Xəbərlər