İqtisadiyyat

Azərbaycan Çindən yeni sərnişin lokomotivləri alır - Özəl

18 Sep 2026, 15:35 2 baxış
Azərbaycan Çindən yeni sərnişin lokomotivləri alır - Özəl
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC 4 yeni nəsil magistral sərnişin lokomotivləri alacaq. Oxu.Az-ın məlumatına görə, qurum bununla bağlı Çinin "CRRC Ziyang" şirkəti ilə müqavilə bağlayıb. Artıq lokomotivlərin istehsalına başlanılıb. Bundan başqa, 4 ədəd sərnişin qatarının, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində 20 ədəd sərnişin qatarının və 50 ədəd sərnişin vaqonunun alınması ilə bağlı xarici şirkətlərlə danışıqlar aparılır, texniki və kommersiya məsələləri müzakirə olunur. Qeyd edək ki, hazırda ADY-nin sərnişin qatarı parkında "Stadler" tipli 19 ədəd yeni nəsil sərnişin qatarı var.
Mənbə oxu.az

Oxşar Xəbərlər