Cəmiyyət

İmtahanda Azərbaycan tarixi üzrə suallar ləğv olundu - Qanun nə deyir? - VİDEO

18 Sep 2026, 05:00 2 baxış
İmtahanda Azərbaycan tarixi üzrə suallar ləğv olundu - Qanun nə deyir? - VİDEO
Azərbaycanda dövlət qulluğuna qəbul imtahanları Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət orqanlarında inzibati vəzifələrə qəbul olmaq istəyən namizədlər üçün təşkil edilir. Oxu.Az-ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu miqrasiya orqanlarına qulluğa qəbul imtahanında edilən dəyişikliklərlə bağlıdır.

Bununla bağlı imzalanan müvafiq qərara əsasən, miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydalarında dəyişiklik edilib. Belə ki, Azərbaycan dili üzrə sualların sayı 10-dan 15-ə artırılıb. Bundan sonra imtahan Azərbaycan dili üzrə 15, qanunvericilik üzrə 50, məntiq üzrə 20, dünyagörüşü üzrə 15 sualdan ibarət olacaq. İmtahanda Azərbaycan tarixi üzrə verilən 10 sual ləğv edilib. Həmçinin kompüter bilikləri üzrə 10 sualın əvəzinə dünyagörüşü üzrə 15 sual təqdim olunacaq. Beləliklə, yeni model üzrə imtahan aşağıdakı kimi olacaq: - Azərbaycan dili üzrə suallar - 15; - Qanunvericilik üzrə suallar 50; - Məntiq üzrə suallar - 20; - Dünyagörüşü üzrə suallar - 15.
Mənbə oxu.az

Oxşar Xəbərlər