Dünya
Kral ailəsinin nümayəndəsi yenidən hakim qarşısında: Məhkəmənin tarixi açıqlandı
Oslo Apellyasiya Məhkəməsi Norveçin vəliəhd şahzadəsi Mette-Maritin oğlu Marius Borq Höybi ilə bağlı təkrar məhkəmə prosesinin vaxtını müəyyənləşdirib. İş üzrə dinləmələrin 9 fevral 2027-ci ildə başlanması planlaşdırılır. Oxu.Az xəbər verir ki, bu barədə Polşanın "Plejada" portalı məlumat yayıb. Məlumata görə, kral ailəsinin nümayəndəsi iki zorlama faktı və sabiq sevgilisi Nora Hauklanda qarşı qəddar rəftarda təqsirləndirilir. Məhkəmə baxışının 16 gün davam etməsi nəzərdə tutulur. İstintaq dövründə hər hansı dəyişiklik baş verməsə, yekun qərarın gələn il martın 5-də elan ediləcəyi gözlənilir. Məqalədə qeyd olunur ki, Höybinin işi üzrə qismən təkrar məhkəmə araşdırması aparılacaq. Hakimlər 29 yaşlı şəxsin şikayət etdiyi ittihamları nəzərdən keçirəcək, həmçinin əvvəlki hökmü və zərərçəkənlərin iddialarını yenidən qiymətləndirəcəklər. Hazırda 29 yaşlı təqsirləndirilən şəxsin vəkilləri məsələ ilə bağlı hər hansı açıqlama verməkdən çəkinirlər.
Mənbə
oxu.az
Oxşar Xəbərlər