Maraqlı
24 saatdan çox davam edən əməliyyat: Başları bitişik əkizlər ayrıldı - FOTO
ABŞ-də cərrahlar başları bir-birinə bitişik doğulan Siam əkizlərinin ayrılması üzrə mürəkkəb əməliyyat həyata keçiriblər. Bacıların ayrılması üçün 24 saatdan çox davam edən cərrahi müdaxilə aparılıb. Oxu.Az xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb. Əslən Efiopiyadan olan iki yaşlı Hiyab və Vuhbto adlı qızlar əməliyyata hazırlıq məqsədilə 2025-ci ilin martında ABŞ-yə gətiriliblər. Cərrahi müdaxilə 2026-cı ilin fevralında Missuri ştatının Sent-Luis şəhərində yerləşən uşaq xəstəxanasında həyata keçirilib. Mürəkkəb əməliyyat zamanı mütəxəssislər bacıların kəllə sümüklərini uğurla ayıra biliblər. Hazırda Hiyab və Vuhbto klinikalardan birində intensiv reabilitasiya kursu keçirlər. Qızlar sərbəst oturmağı, qidalanmağı, danışmağı, həmçinin bir-biri və ətraflarındakı uşaqlarla ünsiyyət qurmağı öyrənirlər. Gələcəkdə həkimlər onlara ayaq üstə durmağı və yeriməyi öyrətməyi planlaşdırırlar. Bununla belə, tibb mütəxəssisləri əməliyyatın uzunmüddətli perspektivdə qızların inkişafına necə təsir göstərəcəyini hələlik dəqiq proqnozlaşdıra bilmirlər. Məlumata görə, başları bir-birinə bitişik doğulan əkizlər nadir hal hesab olunur və təxminən hər 50-100 min doğuşdan birində qeydə alınır. Belə əkizlər arasında qızların sayı oğlanlarla müqayisədə təxminən üç dəfə çoxdur.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az