Digər

İran amerikalıları daşıyan gəmini vurdu

16 Sep 2026, 23:04 3 baxış
İran amerikalıları daşıyan gəmini vurdu

İran Hörmüz boğazı yaxınlığında amerikalı heyətin olduğu, ABŞ ilə müqavilə əsasında fəaliyyət göstərən gəmiyə zərbə endirib.


Axar.az xəbər verir ki, bu barədə “Foks Nyus”⁠ iki mənbəyə istinadla məlumat yayıb.


Bildirilib ki, hücumda İranın dörd pilotsuz uçuş aparatı və azı bir raketindən istifadə olunub. Mərmilərdən biri gəmiyə dəyib. Hadisə nəticəsində tüstüdən zəhərlənmə də daxil olmaqla, yüngül xəsarət alanlar var. Yaralıların Körfəz ölkələrindən birində müalicə olunduğu qeyd edilib.


Gəminin adı, bayrağı və ABŞ ilə müqaviləsinin xarakteri açıqlanmayıb.


ABŞ Mərkəzi Komandanlığı və İran tərəfi hadisə ilə bağlı hələlik rəsmi məlumat yaymayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər