İdman

Messi 500 milyon avrodan imtina edibmiş: Təklif məktubunu heç açmayıb

16 Sep 2026, 21:30 3 baxış
Messi 500 milyon avrodan imtina edibmiş: Təklif məktubunu heç açmayıb
"İnter"in sabiq prezidenti Massimo Moratti 2012-ci ildə argentinalı hücumçu Lionel Messini 500 milyon avroya almağa hazır olduğunu, lakin forvardın bu təkliflə hətta tanış olmadığını bəyan edib. Oxu.Az bu barədə Sport.es-ə istinadən xəbər verir. "Mən Messi üçün 500 milyon avroluq təklif irəli sürdüm. Həmin il üçün bu, çılğın bir rəqəm idi. Danışıqlar aparmaq üçün vitse-prezidentimi Barselonaya göndərdim. Lakin Messi məktubu heç açmadı və təklifdən xəbərdar olmadı. O, təfərrüatları bilmədən bunu rədd etdi", - deyə Moratti bildirib. "İnter"in sabiq prezidenti həmçinin Messi ilə şəxsən əlaqə saxlaya bildiyini vurğulayıb: "O, cavabında dedi: "Karyeramı "Barselona"da bitirmək istəyirəm". O, "Barselona"da qalmaq istəyirdi. Vəziyyəti bilirdim, lakin onu pulla şirnikləndirməyə çalışdım və bu baş tutmadı". Qeyd edək ki, Massimo Moratti 1995-2004 və 2006-2013-cü illərdə Milanın "İnter" klubunun prezidenti olub. Lionel Messi isə 2012-ci ildə "Barselona"nın şərəfini qoruyurdu.
Mənbə oxu.az

Oxşar Xəbərlər